Tramp əl-Bağdadinin öldürülməsində iştirak etmiş iti "mükafatlandırıb"

Tramp əl-Bağdadinin öldürülməsində iştirak etmiş iti "mükafatlandırıb" ABŞ prezidenti Donald Tramp özünün Twitterdəki səhifəsində İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsində fərqlənmiş itin mükafatlandırılması ilə bağlı kollaj yayımlayıb.
Digər ölkələr
31 Oktyabr , 2019 02:07
Tramp əl-Bağdadinin öldürülməsində iştirak etmiş iti mükafatlandırıb

ABŞ prezidenti Donald Tramp özünün "Twitter"dəki səhifəsində İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsində fərqlənmiş itin "mükafatlandırılması" ilə bağlı kollaj yayımlayıb.

"Report" xəbər verir ki, ordendə rəmz kimi it pəncəsinin izi təsvir edilib.

ABŞ lideri kollajı "Twitter"də "Amerika qəhrəmanı!" mətni ilə paylaşıb.

Oktyabrın 29-da Tramp əl-Bağdadinin zərərsizləşdirilməsi üzrə hərbi əməliyyatda iştirak etmiş itin fotosunu yayıb. Lakin o, heyvanın adını gizli saxlayaraq onun fotosunu "çox gözəl it" adı ilə paylaşıb.

Həmin gün ABŞ-ın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri Mark Milli bildirib ki, it yaralanıb. Bununla belə o, heyvanın tədricən sağaldığını qeyd edib.

Oktyabrın 27-də Tramp Suriyanın İdlib əyalətində İŞİD lideri əl-Bağdadinin zərərsizləşdirildiyini elan edib. Onun sözlərinə görə, tuneldə ABŞ hərbçilərindən gizlənməyə çalışan terrorçu övladları ilə birlikdə özünü partladıb.

Tramp əməliyyatın keçirilməsində verdiyi dəstəyə görə Türkiyəyə, Rusiyaya, Suriyaya və İraqa minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi