Tramp Əbu-Dabinin varis şahzadəsi ilə İran əleyhinə qarşıdurmanı müzakirə edib

Tramp Əbu-Dabinin varis şahzadəsi ilə İran əleyhinə qarşıdurmanı müzakirə edib Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və Əbu-Dabi Əmirliyinin varis şahzadəsi Məhəmməd bin Zaid Əl Nahayyən cümə günü telefonla Fars körfəzi ölkələrinin birliyinin bərpasını İran əleyhinə qarşıdurma və terrorizmlə mübarizə üçün zəruri faktor kimi müzakirə ediblər.
Digər ölkələr
7 Aprel , 2018 05:51
Tramp Əbu-Dabinin varis şahzadəsi ilə İran əleyhinə qarşıdurmanı müzakirə edib
Uain.press

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və Əbu-Dabi Əmirliyinin varis şahzadəsi Məhəmməd bin Zaid Əl Nahayyən cümə günü telefonla Fars körfəzi ölkələrinin birliyinin bərpasını İran əleyhinə qarşıdurma və terrorizmlə mübarizə üçün zəruri faktor kimi müzakirə ediblər.

"Report" xəbər verir ki, bu haqda Ağ Evin siyasətçilərin danışığının nəticəsinə əsasən yaydığı bəyanatında bildirilir.

"Prezident Tramp Fars körfəzinin ərəb dövlətlərinin əməkdaşlığının şura üzvlərinin birliyinin bərpası yollarının axtarışına yönəldilmiş səylərinə görə varis şahzadəyə minnətdarlığını ifadə edib", - deyə bəyanatda bildirilir. Qeyd edilir ki, bu səylərlə İranın sabitliyi pozan fəaliyyətinə qarşı durmaq və terrorçularla və ekstremistlərlə daha effekti mübarizə aparmaq əlverişlidir. Hər iki lider birliyin bütün üzvlərinin regionda sülhün təminatının və inkişafının təminatı məqsədi ilə ölkələrin gücü, bir-biri ilə və ABŞ-la əlaqələndirilmənin daha da yaxşılaşması üçün etməli olduqlarını razılaşdırıblar.

Ağ Evdən əlavə ediblər ki, Tramp və varis şahzadə ABŞ və BƏƏ arasında strateji əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinin davamı üçün Vaşinqtonda qarşıdan gələn görüşü səbirsizliklə gözləyir.

Son xəbərlər

Orphus sistemi