Tramp dünyanın ən "qaynar" bölgələrindən birinə səfər etmək arzusundadır

Tramp dünyanın ən "qaynar" bölgələrindən birinə səfər etmək arzusundadır Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, o, dünyanın ən qaynar nöqtələrindən birinə getmək istəyir.
Digər ölkələr
21 Noyabr , 2018 07:09
Tramp dünyanın ən qaynar bölgələrindən birinə səfər etmək arzusundadır

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, o, dünyanın ən "qaynar" nöqtələrindən birinə getmək istəyir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, Ağ Ev rəhbəri hərbi əməliyyatların aparıldığı ölkəyə səfər etmək niyyətini nəzərdə tutub. Lakin Donald Tramp məhz hansı ölkəyə getmək istədiyini açıqlamayıb. 

ABŞ prezidenti daha əvvəl bildirib ki, Birləşmiş Ştatların dislokasiya olunmuş hərbçilərini ruhlandırmaq üçün hərbi əməliyyat zonalarından birinə getməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi