Tramp ABŞ-ın dövlət katibi vəzifəsinə Reks Tillersonun namizədliyini irəli sürüb

Tramp ABŞ-ın dövlət katibi vəzifəsinə Reks Tillersonun namizədliyini irəli sürüb Onun təklifi Senat tərəfindən bəyənilməlidir
Digər ölkələr
10 Dekabr , 2016 23:37
Tramp ABŞ-ın dövlət katibi vəzifəsinə Reks Tillersonun namizədliyini irəli sürüb

Bakı. 10 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə bu ölkənin iri neft şirkəti "Exxon Mobil"in rəhbəri Reks Tillersonun namizədliyini irəli sürməyi qərara alıb.

"Report"un məlumatına görə, bu barədə "NBC" telekanalı mənbəyə istinadən xəbər verib.

Qeyd edək ki, bir qədər əvvəl Nyu-Yorkun keçmiş meri Rudolf Culianın ABŞ-ın dövlət katibi vəzifəsi uğrunda mübarizədən qalib çıxdığı bildirilirdi. Lakin onun Tramp administrasiyasında vəzifə tutmaqdan imtina etdiyi bildirilir.

Bu günə kimi yerli mətbuatda ABŞ-ın əsas diplomatı vəzifəsinə irəli sürülənlər arasında ölkənin BMT-dəki keçmiş nümayəndəsi Con Boltonun, senator Co Mançinin, MKİ-nin keçmiş rəhbəri Devid Petreusun, istefada olan admiral Ceyms Stavridisin və digərlərinin adları çəkilib.

Qeyd edək ki, Trampın inauqurasiyası 2017-ci ilin 20 yanvarında keçiriləcək. ABŞ-ın prezidenti səlahiyyətlərinin icrasına başlayacaq yeni dövlət başçısının nazir vəzifələrinə təklifləri Senat tərəfindən bəyənilməlidir.

Son xəbərlər

Orphus sistemi