Tramp DİN rəhbəri vəzifəsinə Rayan Zinkenin namizədliyini irəli sürüb

Tramp DİN rəhbəri vəzifəsinə Rayan Zinkenin namizədliyini irəli sürüb 55 yaşlı konqresmen Hərbi Dəniz Qüvvələrinin keçmiş hərbçisidir
Digər ölkələr
14 Dekabr , 2016 04:05
Tramp DİN rəhbəri vəzifəsinə Rayan Zinkenin namizədliyini irəli sürüb

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatası qarşısında yeni administrasiyanın daxili işlər naziri vəzifəsinə Rayan Zinkenin namizədliyi təklifini qaldırıb.

"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Zinke hələ yeni prezidentin təklifinə rəsmi şəkildə razılığını bildirməyib. 55 yaşlı konqresmen ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının keçmiş hərbçisidir. O, 2015-ci ildən Konqresin aşağı palatasının üzvüdür.

"Politico"nun məlumatına görə, Tramp həmçinin daha bir konqres üzvünün – Aydaho ştatından olan respublikaçı Raul Labradorun da Daxili İşlər Nazirliyinin başçısının vəzifəsinə namizədliyini nəzərdən keçirib. Lakin son nəticədə Zinkanı seçməyə qərar verib.

Son xəbərlər

Orphus sistemi