Tramp Cozef Danfordun Valeri Gerasimovla Bakı görüşündən razı qalıb

Tramp Cozef Danfordun Valeri Gerasimovla Bakı görüşündən razı qalıb Şon Spayser:"Prezident nəticələrdən razıdır"
Digər ölkələr
24 Fevral , 2017 01:21
Tramp Cozef Danfordun Valeri Gerasimovla Bakı görüşündən razı qalıb

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, eləcə də Birləşmiş Ştatların Hərbi Qüvvələrinin Baş qərargah rəisləri komitəsinin rəhbəri Cozef Danfordun rusiyalı həmkarı Valeri Gerasimovla görüşlərindən razı qalıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O, deyib ki, ABŞ prezidenti Birləşmiş Ştatların Hərbi Qüvvələrinin Baş qərargah rəisi Cozef Danfordun rusiyalı həmkarı Valeri Gerasimovla görüşünün məhsuldar olduğunu düşünür.

"Onlar hər ikisi olduqca məhsuldar görüşlər keçiriblər. Lakin belə alındı ki, görüşlər eyni vaxtda müxtəlif yerlərdə keçirildi. Prezident nəticələrdən çox razıdır" – deyə Spayser bildirib.  

Son xəbərlər

Orphus sistemi