Tramp COVID-19 vaksininin bu il əldə ediləcəyinə əmindir

Tramp COVID-19 vaksininin bu il əldə ediləcəyinə əmindir Ehtimal ki, ABŞ-da ilin sonuna kimi koronavirus əleyhinə vaksin hazır olacaq.
Digər ölkələr
432
4 Avqust , 2020 05:57
Tramp COVID-19 vaksininin bu il əldə ediləcəyinə əmindir
0 : 00
0 : 00

Ehtimal ki, ABŞ-da ilin sonuna kimi koronavirus əleyhinə vaksin hazır olacaq.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz bu il vaksini almağa doğru gedirik", - ABŞ lideri Ağ Evdə brifinqdə deyib.

Tramp ABŞ-da peyvənd üzərində iş zamanı "sürət və təhlükəsizliyin birləşdirildiyini" qeyd edib.

ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya 4 862 174 nəfər yoluxub. Eyni zamanda 158 929 insan pandemiyanın qurbanı olub. Bu rəqəm də dünyada rekord göstəricidir.   

Son xəbərlər

Orphus sistemi