Tramp COVID-19 əleyhinə peyvənd olunmağı planlaşdırır

Tramp COVID-19 əleyhinə peyvənd olunmağı planlaşdırır ABŞ prezidenti Donald Tramp yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırdır.
Digər ölkələr
15 Dekabr , 2020 23:36
Tramp COVID-19 əleyhinə peyvənd olunmağı planlaşdırır
Donald Tramp

ABŞ prezidenti Donald Tramp yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

O, qeyd edib ki, həkimlər nə vaxt lazım bilsə, Vaşinqton administrasiyasının başçısı peyvənd olunacaq.

"Hazırda prezident peyvənd olunmağa tam açıqdır. Amma o bu yaxınlarda COVID-19 xəstəliyi keçirdi və onda anticisimlər var. Həkimlər komandası bunu etməyə qərar verən kimi o vaksini alacaq", - Makineni deyib.

Son xəbərlər

Orphus sistemi