Tramp Çinin baş nazirinin müavinini qəbul edəcək

Tramp Çinin baş nazirinin müavinini qəbul edəcək ABŞ prezidenti Donald Tramp Ağ Evdə iki ölkənin ticarət sahəsində mübahisəsinin nizama salınması üzrə danışıqların növbəti raundunda Vaşinqtona gəlmiş Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Lyu Xeni qəbul edəcək.
Digər ölkələr
4 Aprel , 2019 06:35
Tramp Çinin baş nazirinin müavinini qəbul edəcək

ABŞ prezidenti Donald Tramp Ağ Evdə iki ölkənin ticarət sahəsində mübahisəsinin nizama salınması üzrə danışıqların növbəti raundunda Vaşinqtona gəlmiş Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Lyu Xeni qəbul edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Amerika liderinin iş qrafiki ilə bağlı məlumatında bildirilir.

"Saat 16:30-da (yerli vaxtla -red) prezident Oval Kabinetdə Çin Xalq Respublikası baş nazirinin müavini ilə görüşəcək", - deyə sənəddə qeyd edilir.

2018-ci il dekabrın əvvəllərində ABŞ və Çin liderləri Argentinada keçirilən görüşdə üç ay ərzində iki ölkə arasında ticarət razılaşmasının imzalanmasına hesablanmış tədbirlərin görülməsi barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi