Tramp Çini Şimali Koreyaya təzyiq göstərməkdə günahlandırıb

Tramp Çini Şimali Koreyaya təzyiq göstərməkdə günahlandırıb Bakı. 30 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtonla olan şəxsi fikir ayrılığı səbəbindən Şimali Koreyaya təzyiq göstərir.
Digər ölkələr
30 Avqust , 2018 02:57
Tramp Çini Şimali Koreyaya təzyiq göstərməkdə günahlandırıb

Bakı. 30 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtonla olan şəxsi fikir ayrılığı səbəbindən Şimali Koreyaya təzyiq göstərir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin Tramp tərəfindən "Twitter"də paylaşılan bəyanatında deyilir.

"Prezident Tramp möhkəm əmindir ki, Şimali Koreya bizim Çin hökuməti ilə ticarət üzrə böyük fikir ayrılıqlarımız səbəbindən Pekin tərəfindən böyük təzyiq altındadır. Eyni zamanda biz həm də bilirik ki, Çin Şimali Koreyaya pul, yanacaq, gübrə və müxtəlif məhsullar daxil olmaqla əhəmiyyətli köməklik göstərir. Bu, vəziyyətə kömək etmir!" — deyə bəyanatda qeyd olunur.

"Bununla belə, prezident hesab edir ki, onun Kim Çen Inla münasibətləri çox yaxşı və xoşdur.

ABŞ və Çin arasında ticarət mübahisələri və digər fikir ayrılıqlarına gəldikdə isə, onlar vaxtı gələndə prezident Tramp və Çin lideri Si Szinpin arasında öz həllini tapacaq. Onların münasibətləri və ələqaləri çox möhkəmdir", - deyə Ağ evin bəyanatında bildirilir.

Son xəbərlər

Orphus sistemi