Tramp Çinə qarşı təzyiqləri davam etdirmək niyyətindədir

Tramp Çinə qarşı təzyiqləri davam etdirmək niyyətindədir Bakı. 3 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ticarət güzəştlərinə nail olmaq üçün Çinə təzyiq göstərməyi davam etdirəcək.
Digər ölkələr
3 Avqust , 2018 23:43
Tramp Çinə qarşı təzyiqləri davam etdirmək niyyətindədir

Bakı. 3 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ticarət güzəştlərinə nail olmaq üçün Çinə təzyiq göstərməyi davam etdirəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou "Bloomberg"ə müsahibəsində deyib.

"Biz dəfələrlə demişik: heç bir rüsum, heç bir tarif məhdudiyyəti və heç bir subsidiya olmayacaq. Biz ticarət islahatları istəyirik. Lakin Çin bunu etmir. Onların iqtisadiyyatı zəifdir, onların valyutası zəifdir, insanlar ölkəni tərk edir. Prezident Trampın işi sona çatdırmaq üçün göstərdiyi qətiyyətliliyi qiymətləndirməmək olmaz", - deyə Kudlou "Bloomberg" TV-yə müsahibəsində bildirib.

Son xəbərlər

Orphus sistemi