Tramp: "Çin ABŞ üçün Rusiyadan da təhlükəlidir"

Tramp: "Çin ABŞ üçün Rusiyadan da təhlükəlidir" Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin Birləşmiş Ştatlara Rusiyadan da təhlükəlidir.
Digər ölkələr
15 Oktyabr , 2018 04:43
Tramp: Çin ABŞ üçün Rusiyadan da təhlükəlidir

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin Birləşmiş Ştatlara Rusiyadan da təhlükəlidir.

"Report" xəbər verir ki, bu barədə fikirlərini o, CBS telekanalına müsahibəsində açıqlayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, Çin Xalq Respublikası ABŞ-a bu ölkədəki seçkilərə müdaxilə nöqteyi-nəzərindən ciddi təhlükə törədir.

"Rusiya (ABŞ-da keçirilən - red) seçkilərə müdaxilə edib, amma düşünürəm ki, Çin də müdaxilə edib", - deyə Tramp bildirib.

Xatırladaq ki, Tramp daha əvvəl Çin və Yaponiyanı hər il dünya okeanına təqribən 8 milyon ton tullantı atmaqda ittiham edib

Son xəbərlər

Orphus sistemi