Tramp Cənubi Koreyaya çoxmilyardlı silah ixracına razılıq verib

Tramp Cənubi Koreyaya çoxmilyardlı silah ixracına razılıq verib Tramp Cənubi Koreyanın ABŞ-dan silah-sursat əldə etməsini bəyənib
Digər ölkələr
5 Sentyabr , 2017 01:06
Tramp Cənubi Koreyaya çoxmilyardlı silah ixracına razılıq verib
Foto: "AFP"

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Cənubi Koreya Respublikasının dövlət başçısı Mun Çje İnlə danışığının gedişatında bildirib ki, respublikaya çoxmilyardlı silahın ixracı qərarını bəyənib.

"Report" "NBC Politiks"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Tramp həmçinin Cənubi Koreyanın ABŞ-dan milyardlarla dollara silah və sursatın əldə etməsini bəyəndiyini söyləyib", - deyə Ağ Evin xəbərində bildirilir.

Daha əvvəl məlum olub ki, Donald Tramp və Mun Çje İn Cənubi Koreyaya yerləşdirilən raketlərdə döyüş başlıqlarının çəkisinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması haqqında razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi