Tramp Cənubi Karolinada baş vermiş qəzada ölənlərin ailələrinə başsağlığı verib

Tramp Cənubi Karolinada baş vermiş qəzada ölənlərin ailələrinə başsağlığı verib Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dünən Cənubi Karolinanın Keys şəhərində sərnişin və yük qatarlarının toqquşması nəticəsində iki nəfərin ölümü ilə bağlı başsağlığı verib.
Digər ölkələr
5 Fevral , 2018 02:56

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dünən Cənubi Karolinanın Keys şəhərində sərnişin və yük qatarlarının toqquşması nəticəsində iki nəfərin ölümü ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Twitter"də yazıb.

"Mənim fikirlərim və dualarım faciə qurbanlarının yanındadır. Fövqəladə xidmətlərin əməkdaşlarına etdiklərinə görə təşəkkürlər", - deyə o yazıb.

Qeyd edək ki, hadisə zamanı daha 116 nəfər müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

İlkin məlumata görə, qəza köçürmə oxlarının düzgün quraşdırılmaması səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi