Tramp Britaniyaya ilk səfərini təxirə salıb

Tramp Britaniyaya ilk səfərini təxirə salıb İşgüzar səfər fevral ayına planlaşdırılırdı
Digər ölkələr
12 Yanvar , 2018 05:23
Tramp Britaniyaya ilk səfərini təxirə salıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Amerika prezidenti Donald Tramp fevral ayında Böyük Britaniyaya nəzərdə tutulan ilk səfərini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Daily Mail” yazıb.

Qəzetin məlumatına görə, Amerika lideri ABŞ səfirliyinin açılması münasibəti ilə planlaşdırılan səfərini görüşlərin təşkili və statusundan narazılığı səbəbindən təxirə sala bilər.

Bununla belə nəşr səfərin yeni tarixini yazmayıb.

Bundan əvvəl Trampın Britaniyaya işgüzar səfərinin 26-27 fevral tarixlərinə planlaşdırıldığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi