Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obama administrasiyasının atdığı addımlardan narazı olduğundan London səfərini ləğv etdiyini bildirib.
"Report" xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Twitter" səhifəsində yazıb.
"London səfərini ləğv etməyimin səbəbi ondadır ki, Londonda, ola bilsin, səfirlik üçün ən yaxşı binanı qəpik-quruşa satıb şəhər kənarında 1,2 milyard dollara yenisini tikdirən Obama administrasiyasının böyük pərəstişkarı deyiləm. Qırmızı lenti kəsməyimi istəyirdilər? Xeyr, bu olmayacaq!", - D.Tramp yazıb.
Qeyd edək ki, daha əvvəl KİV Trampın səfərə hazırlıqdan və onun rəsmi səviyyəsindən narazı qaldığına (Kraliça II Yelizaveta ilə görüşə bilməyəcəyinə) görə Böyük Britaniya səfərini ləğv etdiyini yazmışdı.