Tramp Boltonun yerinə 5 namizədin olduğunu bəyan edib

Tramp Boltonun yerinə 5 namizədin olduğunu bəyan edib ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə beş namizədin olduğunu bəyan edib.
Digər ölkələr
12 Sentyabr , 2019 00:30
Tramp Boltonun yerinə 5 namizədin olduğunu bəyan edib

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə beş namizədin olduğunu bəyan edib.

Bu barədə “Report” RİA “Novosti” yə istinadən xəbər verir.

Onun sözlərinə görə, beş nəfər həqiqətən bu vəzifəni tutmaq istəyirlər.

“Çox bacarıqlı hesab etdiyim beş nəfər son üç ildə tanış olduğum yaxşı insanlardır” Tramp bildirib. O, əlavə edib ki, yeni müşavirin adı gələn həftə açıqlanacaq. 

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib. 

Son xəbərlər

Orphus sistemi