Tramp: "BMT-nin İsraillə bağlı qətnaməsi sülhə nail olmağı çətinləşdirəcək"

Tramp: "BMT-nin İsraillə bağlı qətnaməsi sülhə nail olmağı çətinləşdirəcək" ABŞ prezidenti: "Biz hər halda bunun öhdəsindən gələcəyik"
Digər ölkələr
25 Dekabr , 2016 02:38
Tramp: BMT-nin İsraillə bağlı qətnaməsi sülhə nail olmağı çətinləşdirəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, BMT Təhlükəsizlik Şurasının İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnaməsi sülhə nail olmağı çətinləşdirəcək.

"Report" xəbər verir ki, bu barədə o, "Tvitter"də yazıb.

"İsrailin BMT-dən böyük məğlubiyyəti sülhə nail olmağı çətinləşdirəcək. Çox pis, amma biz hər halda bunun öhdəsindən gələcəyik", - deyə o yazıb.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin BMT ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyini bildirib. Buna səbəb beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının İsrailin məskunlaşma siyasətinə son qoyulmasını tələb edən qətnaməsi olub. Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

Bundan başqa, daha əvvəl bu qərarın qəbulu kontekstində Tramp söz verib ki, yanvarın 20-də rəsmən dövlət başçısı vəzifəsinin icrasına başlayanda BMT ilə bağlı hər şeyi dəyişəcək. 

Son xəbərlər

Orphus sistemi