Tramp: "BMT ancaq görüş və xoş vaxt keçirmə yeridir"

Tramp: "BMT ancaq görüş və xoş vaxt keçirmə yeridir" ABŞ prezidenti: "Bu kədərlidir"
Digər ölkələr
27 Dekabr , 2016 02:10
Tramp: BMT ancaq görüş və xoş vaxt keçirmə yeridir

Bakı. 27 dekabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının böyük potensialı var. Lakin hazırda o özünü ancaq görüş və xoş vaxt keçirmə yeri kimi təqdim edir.

"Report" xəbər verir ki, bu fikirləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Twitter" şəbəkəsindəki bloqunda yazıb.

ABŞ prezidentinin fikrincə, insanlar özünü klub kimi təqdim edən BMT-də görüşür, söhbət edir və xoş vaxt keçirirlər. "Bu kədərlidir" – deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi