Tramp “BioNTech” və “Pfizer” koronavirus peyvəndlərinin istifadəsini təsdiqlədi

Tramp “BioNTech” və “Pfizer” koronavirus peyvəndlərinin istifadəsini təsdiqlədi ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatıarda “BioNTech” və “Pfizer” koronavirus peyvnədlərinin razılığını təsdiqləyib.
Digər ölkələr
12 Dekabr , 2020 06:44
Tramp “BioNTech” və “Pfizer” koronavirus peyvəndlərinin istifadəsini təsdiqlədi
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda “BioNTech” və “Pfizer” koronavirus peyvəndlərinin istifadəsinə razılıq verilməsini təsdiqləyib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

ABŞ rəhbəri bunu "tarixdə ən böyük elmi nailiyyətlərdən biri" adlandırıb. Ağ Ev rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlarda əhalinin kütləvi şəkildə peyvənd edilməsinə 24 saatdan da tez başlanılacaq.

Tramp bildirib ki, Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət üzrə İdarə (FDA) Birləşmiş Ştatlarda “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirus əleyhinə peyvəndini bəyənib.

"Bu gün ölkəmiz tibbi möcüzəyə nail oldu. Biz təhlükəsiz və effektiv vaksini cəmi doqquz ay ərzində yaratdıq. Tarixdə bu ən böyük elmi nailiyyətlərdən biridir", - Tramp tvitterdəki videomüraciətində deyib.

"Mən bildirməyə şadam ki, Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət üzrə İdarə "Pfizer" peyvəndini bəyəndi", - Tramp qeyd edib.

Lakin daha əvvəl bildirilirdi ki, ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” və alman şirkəti “BioNTech” tərəfindən birgə hazırlanmış vaksinin sınaqları zamanı altı nəfər ölüb. ABŞ-ın Ərzaqların və Dərmanların Keyfiyyət məsələləri üzrə İdarəsinin hesabatına əsasən ölümcül nəticə peyvənd edilən, həm də plasebonu almış pasiyentlər qrupunda baş verib. Preparatı alanlar arasında iki insan ölüb, plasebo könüllüləri arasında dörd nəfər dünyasını dəyişib.

Təsdiq eyni zamanda prezident Donald Trampın dərman tənzimləyicilərini peyvəndin sürətli tətbiqinə məcbur etdiyini göstərən bir siyasi mübarizənin əlamətidir. Ötən gün araşdırmanın son saatlarında Ağ evin aparat rəhbəri Mark Midous Qida və Dərmanlara Nəzarət Administrasiyasının komissarı Stiven Hana peyvəndin tezliklə tətbiqinə başlanmaması halında işdən qovula biləcəyini söyləmişdi.

Son xəbərlər

Orphus sistemi