Tramp öz işçisini beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə təyin edib

Tramp öz işçisini beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə təyin edib Ceyson Qrinblatt 20 ildir "Trump Organization" şirkətinin Hüquq Departamentinin rəhbəridir
Digər ölkələr
27 Dekabr , 2016 23:10
Tramp öz işçisini beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə təyin edib

Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz "Trump Organization" şirkətinin Hüquq Departamentinin rəhbəri Ceyson Qrinblattı beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə gələcək prezidentin komandasının rəsmi bəyanatına istinadən "Reuters" məlumat yayıb.

"The Wall Street Journal" yazır ki, Ceyson Qrinblatt 20 ildir "Trump Organization" şirkətinin Hüquq Departamentinin rəhbəri vəzifəsində çalışır və seçkiqabağı kampaniya zamanı Trampın ABŞ və İsrail münasibətlərinə dair müşaviri olub.

Son xəbərlər

Orphus sistemi