Tramp: “Bayden seçkilər saxtalaşdırıldığı üçün qalib gəlib”

Tramp: “Bayden seçkilər saxtalaşdırıldığı üçün qalib gəlib” “Demokratların namizədi Co Bayden 3 noyabr prezident seçkiləri saxtalaşdırıldığı üçün qalib gəlib”.
Digər ölkələr
15 Noyabr , 2020 19:57
Tramp: “Bayden seçkilər saxtalaşdırıldığı üçün qalib gəlib”
Donald Tramp

“Demokratların namizədi Co Bayden 3 noyabr prezident seçkiləri saxtalaşdırıldığı üçün qalib gəlib”.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün tvitter hesabında yazıb.

“Seçki saxtalaşdırıldığı üçün (Bayden - Red) qazandı. Müşahidəçilər (Respublikaçılar - Red) səslərin sayılmasına buraxılmadı. Səslər pis reputasiyaya və Texasda istifadə hüququ da ala bilməyən dəhşətli bir avadanlıqla təchiz edilən, radikal solçu olan özəl Dominion şirkəti tərəfindən sayıldı. Co Bayden yalnız yalançı KİV-in gözündə qalibdir”, - deyə D.Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi