Tramp soyuqlarla əlaqədar amerikalıları evdən bayıra çıxmamağa çağırıb

Tramp soyuqlarla əlaqədar amerikalıları evdən bayıra çıxmamağa çağırıb Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkənin bir neçə bölgəsinə yağan güclü qar səbəbindən amerikalıları ehtiyatlı olmağa və evdən bayıra çıxmamağa çağırıb.
Digər ölkələr
20 Yanvar , 2019 23:19
Tramp soyuqlarla əlaqədar amerikalıları evdən bayıra çıxmamağa çağırıb

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkənin bir neçə bölgəsinə yağan güclü qar səbəbindən amerikalıları ehtiyatlı olmağa və evdən bayıra çıxmamağa çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, prezident bu barədə "Twitter"də yazıb.

"Ehtiyatlı olun və evdə oturmağa çalışın. Ölkənin əksər hissəsi böyük miqdarda qardan və demək olar ki, rekord həddə şaxtalardan əziyyət çəkir. Küləyin bu qədər güclü olması çox qəribədir. İndi bir az köhnə xoş qlobal istiləşməni hiss etmək pis olmazdı", - deyə Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi