Tramp amerikalıları 2024-cü ilin seçkilərində sevindirəcəyinə söz verib

Tramp amerikalıları 2024-cü ilin seçkilərində sevindirəcəyinə söz verib ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, 2024-cü ilin seçki kampaniyası ilə bağlı planları açmamalıdır, amma onlar amerikalıları sevindirəcəklər.
Digər ölkələr
18 Avqust , 2021 08:07
Tramp amerikalıları 2024-cü ilin seçkilərində sevindirəcəyinə söz verib

ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp bildirib ki, 2024-cü ilin seçki kampaniyası ilə bağlı planları açıqlamamalıdır, amma onlar amerikalıları sevindirəcəklər.

“Report”un məlumatına görə, bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib.

"Kampaniyanın maliyyələşdirilməsi qanunlarının mürəkkəb və inanılmaz dərəcədə axmaq olması səbəbindən bu suala cavab verə bilmərəm. Ancaq belə deyim: xoşbəxt olacaqsınız, bir çox dostumuz xoşbəxt olacaq", - deyə Tramp bildirib

Onun sözlərinə görə, bu suala birbaşa cavab ona çətinliklər gətirəcək. "İnsanlar, siz xoşbəxt olacaqsınız, çünki mən bu ölkəni sevirəm və baş verənləri müşahidə etməyə nifrət edirəm", - sabiq dövlət başçısı deyib.

Son xəbərlər

Orphus sistemi