Tramp Ali Məhkəmənin yeni üzvlüyünə namizəd irəli sürdü

Tramp Ali Məhkəmənin yeni üzvlüyünə namizəd irəli sürdü ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ali Məhkəməsinin üzvü vəzifəsinə Apellyasiya Məhkəməsinin hakimi Emi Koni Barretin namizədliyini irəli sürdü.
Digər ölkələr
27 Sentyabr , 2020 03:51
Tramp Ali Məhkəmənin yeni üzvlüyünə namizəd irəli sürdü
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ali Məhkəməsinin üzvü vəzifəsinə Apellyasiya Məhkəməsinin hakimi Emi Koni Barretin namizədliyini irəli sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC News" bildirib.

"Bu gün ölkəmizdəki ən parlaq və istedadlı hüquqi zəkalardan birinin namizədliyini irəli sürməkdən şərəf duyuram", - Tramp deyib.

48 yaşlı Barrett seçiləcəyi təqdirdə Ali Məhkəmədə işləyəcək beşinci qadın və hazırkı məhkəmənin ən gənc üzvü olacaq.

Barrett indi Viskonsin, İllinoys və İndianadaki işlərlə məşğul olan ABŞ-ın Yeddinci Dairəsinin Apellyasiya Məhkəməsində hakimdir. Mühafizəkar fikirləri ilə tanınır və xüsusən abortun əleyhinədir.

Son xəbərlər

Orphus sistemi