Tramp: ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə bilər

Tramp: ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə bilər ABŞ Prezidenti Donald Tramp, Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatı ilə əlaqədar ABŞ-ın üç variantının olduğunu bəyan edib.
Digər ölkələr
11 Oktyabr , 2019 03:41
Tramp: ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə bilər

ABŞ Prezidenti Donald Tramp, Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatı ilə əlaqədar ABŞ-ın üç variantının olduğunu bəyan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri özünün “Twitter” hesabında yazıb.

“İŞİD terror qruplaşmasını 100% məğlub etdik. Artıq Suriyada Türkiyənin hücum etdiyi bölgədə qoşunlarımız yoxdur. Çox yaxşı bir iş gördük. İndi Türkiyə kürdlərə hücum edir, 200 ildir bir-birləri ilə vuruşurlar. Üç seçimimiz var: minlərlə əsgər göndərib və hərbi qələbə qazanmaq, Türkiyəyə sanksiyaların köməyi ilə zərbə endirmək və ya Türkiyə ilə kürdlər arasında razılaşmanın əldə olunması üçün vasitəçi olmaq”.

Amerika prezidenti, ABŞ-ın Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə biləcəyini də bildirib.

Son xəbərlər

Orphus sistemi