Tramp ABŞ siyasətçilərinə partlayıcı maddə göndərilməsinə münasibət bildirib

Tramp ABŞ siyasətçilərinə partlayıcı maddə göndərilməsinə münasibət bildirib Bakı. 25 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ABŞ siyasətçilərinə göndərilən partlayıcı maddələrlə bağlı bildirib ki, amerikalıların təhlükəsizliyi onun əsas prioritetidir.
Digər ölkələr
25 Oktyabr , 2018 05:49
Tramp ABŞ siyasətçilərinə partlayıcı maddə göndərilməsinə münasibət bildirib

Bakı. 25 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ABŞ siyasətçilərinə göndərilən partlayıcı maddələrlə bağlı bildirib ki, amerikalıların təhlükəsizliyi onun əsas prioritetidir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, prezident hüquq-mühafizə orqanları və administrasiya üzvlərinin baş verənlər barədə onu məlumatlandırdıqlarını və faktlarla bağlı araşdırmaların aparıldığını deyib.

"Amerikalıların təhlükəsizliyi mənim üçün əsas və mütləq prioritetdir", - deyə ABŞ prezidenti bildirib.

Bir neçə gün ərzində CNN teleşirkətinin yerləşdiyi binaya, sabiq prezident Bill Klintonun evinə və məşhur milyarder Corc Sorosa içində partlayıcı olan bağlama göndərilib.

Son xəbərlər

Orphus sistemi