Tramp ABŞ qoşunlarını Somalidən çıxarmaq istəyir

Tramp ABŞ qoşunlarını Somalidən çıxarmaq istəyir ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların qoşunlarını Somalidən çıxarmaq niyyətindədir.
Digər ölkələr
7896
14 Oktyabr , 2020 02:45
Tramp ABŞ qoşunlarını Somalidən çıxarmaq istəyir

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların qoşunlarını Somalidən çıxarmaq niyyətindədir.

“Report”un məlumatına görə, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” xəbər verib.

Mənbələrin məlumatına görə, dövlət başçısı məsləhətçilərinə qoşunları çıxarmaq arzusu haqqında bildirib. Qeyd edilir ki, bu halda Trampın cəhdi ABŞ-ın rəsmi şəxslərində narahatlıq yaradıb.

ABŞ administrasiyasının üzvləri qeyd ediblər ki, Somali hökuməti təhlükəsizliyə az nəzarət edir və Birləşmiş Ştatların qoşunlarının bu ölkədən çıxarılması boşluğa gətirib çıxaracaq. Somalidəki terrorçular isə bundan istifadə etməyə çalışa bilər.

Son xəbərlər

Orphus sistemi