Tramp ABŞ prezidentliyinə mümkün namizədi qiymətləndirib

Tramp ABŞ prezidentliyinə mümkün namizədi qiymətləndirib Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Twitter mikrobloqunda Amerika lideri postuna mümkün namizəd, əvvəllər Starbucks restoranlar şəbəkəsinə rəhbərlik etmiş Hovard Şultsu qiymətləndirib.
Digər ölkələr
29 Yanvar , 2019 06:53
Tramp ABŞ prezidentliyinə mümkün namizədi qiymətləndirib

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Twitter" mikrobloqunda Amerika lideri postuna mümkün namizəd, əvvəllər "Starbucks" restoranlar şəbəkəsinə rəhbərlik etmiş Hovard Şultsu qiymətləndirib.

“Report” xəbər verir ki, Trampın fikrincə, Şultsun ölkəyə rəhbərlik etmək və ya 2020-ci il prezident yarışmasında iştirak etmək üçün zəruri olan keyfiyyətləri yoxdur.

"Hovard Şultsun prezident seçkilərində iştirak üçün bağırsağı çox nazikdir!" — deyə o bildirib.

Tramp həmçinin kanallardan birində Şutlsun müsahibəsinə baxdığını bildirib: "Mən biznesmen sözləri ilə razıyam, lakin etiraf edim ki, o, ölkənin "ən ağıllı adamı" deyil."

Amerika liderinin fikrincə, ABŞ-ın "ən ağıllı adamı" artıq var.

Son xəbərlər

Orphus sistemi