Tramp: "ABŞ orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxacaq"

Tramp: "ABŞ orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxacaq" Bakı. 21 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib.
Digər ölkələr
102
21 Oktyabr , 2018 00:28
Tramp: ABŞ orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxacaq

Bakı. 21 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib. 

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanı pozmaqda ittiham edib. 

"Mən bilmirəm niyə Obama (ABŞ-ın sabiq prezidenti Barak Obama - red) niyə danışıqlar aparmayıb və ya ABŞ-ı razılaşmadan çıxarmayıb? Biz onlara razılaşmanı pozmağa imkan verməyəcəyik. Rusiya sazişə əməl etmədi, buna görə də təəssüf ki, biz müqaviləni pozacağıq və razılaşmadan çıxacağıq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi