Tramp: "ABŞ digər ölkələrin lazımi dəstək göstərmədiyi hərbi əməliyyatları bitirəcək"

Tramp: "ABŞ digər ölkələrin lazımi dəstək göstərmədiyi hərbi əməliyyatları bitirəcək" Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ inkişaf etmiş digər ölkələrdən kifayət qədər maliyyə və hərbi yardım almadığı hərbi əməliyyatları bitirmək niyyətindədir.
Digər ölkələr
8 Yanvar , 2019 09:56
Tramp: ABŞ digər ölkələrin lazımi dəstək göstərmədiyi hərbi əməliyyatları bitirəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ "ABŞ inkişaf etmiş digər ölkələrdən kifayət qədər maliyyə və hərbi yardım almadığı hərbi əməliyyatları bitirmək niyyətindədir".

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Sonsuz müharibələr, xüsusən də əvvəl verilmiş səhv qərarlara görə uzun illər aparılan və bizim etdiklərimizə görə xeyir görən zəngin ölkələrdən kifayət qədər maliyyə və ya hərbi yardım almadığımız müharibələr yekun nəticədə bitiriləcək!", - D.Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl D.Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi