Tramp ABŞ-ın ünvanına təhlükələrlə bağlı Ruhaniyə xəbərdarlıq edib

Tramp ABŞ-ın ünvanına təhlükələrlə bağlı Ruhaniyə xəbərdarlıq edib Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhanini Birləşmiş Ştatları təhdid edəcəyi halda ciddi fəsadlarla hədələyib.
Digər ölkələr
23 İyul , 2018 08:36

Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhanini Birləşmiş Ştatları təhdid edəcəyi halda ciddi fəsadlarla hədələyib.

"Report" RT-ə istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Heç vaxt Birləşmiş Ştatları hədələməyin. Yoxsa siz bütün tarixiniz boyu rastlaşmadığınız nəticələrlə qarşılaşacaqsınız. Biz daha sizin dəli sözlərinizi, zorakılığınızı və ölümü dəstəkləyəcək ölkə deyilik", - deyə o, "Twitter"-də yazıb.

Daha əvvəl Ruhani Birləşmiş Ştatlara xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi