Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib

Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib Ağ ev rəhbəri bunu mətbuat konfransında deyib
Digər ölkələr
2 İyun , 2017 00:15
Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib
AFP

Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib.

"Report" xəbər verir ki, Ağ ev rəhbəri bunu mətbuat konfransında deyib.

"Biz Paris sazişindən çıxırıq, lakin Amerika biznesi, işçiləri, insanları və vergi ödəyiciləri üçün ədalətli şərtlər əsasında yenidən ya Paris sazişinə, ya da tamamilə başqa bir sövdələşməyə daxil olmaq üzrə danışıqlara başlayırıq", — deyə ABŞ prezidenti söyləyib.

Tramp qeyd edib ki, Birləşmiş Ştatların bundan sonrakı fəaliyyəti onların "ədalətli sözləşmə" imzalaya bilib-bilməyəcəklərindən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi