Tramp ABŞ-ın nüvə qüvvələrinin tam müasirləşdirildiyini bildirib

Tramp ABŞ-ın nüvə qüvvələrinin tam müasirləşdirildiyini bildirib ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin nüvə qüvvələri tam müasirləşib, həmçinin silahlı qüvvələrə yeni hərbi avadanlıq qəbul edilib.
Digər ölkələr
30 Sentyabr , 2019 23:47
Tramp ABŞ-ın nüvə qüvvələrinin tam müasirləşdirildiyini bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin nüvə qüvvələri tam müasirləşib, həmçinin silahlı qüvvələrə yeni hərbi avadanlıq qəbul edilib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Amerika lideri bu barədə mərasimdə bildirib. ABŞ prezidenti qeyd edib ki, Birləşmiş Ştatların Silahlı Qüvvələri həmişəkindən daha güclü olub və daha güclü olacaq.

"Bizdə ən yeni hərbi avadanlıq var, bizdə həmçinin avadanlıq var, hansı ki, barəsində bildirmirik, onun haqqında hətta heç kim heç vaxt eşitməyib. Bizim nüvə qüvvələrimiz tamamilə müasirləşdirilib, nələrsə tamamilə yenidir və nələrsə yenilənib", - dövlət başçısı deyib.

Tədbirdə ABŞ-ın Silahlı Qüvvələrinin qərargah rəislərinin komitə sədri Cozef Danfordu Mark Milli əvəz edib. 

Son xəbərlər

Orphus sistemi