ABŞ koronavirusu yayması haqqında iddialara cavab verdi - RƏSMİ

ABŞ koronavirusu yayması haqqında iddialara cavab verdi - RƏSMİ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların dünyada koronavirusun yayılmasında iştirakı haqqında xəbəri yalan adlandırıb.
Digər ölkələr
5003
18 Mart , 2020 06:11
ABŞ koronavirusu yayması haqqında iddialara cavab verdi - RƏSMİ

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların dünyada koronavirusun yayılmasında iştirakı haqqında xəbəri yalan adlandırıb.

“Report” xəbər verir ki, bu barədə “Nationalreview” bildirib.

"Bizim hərbçilərimiz heç kəsə koronavirus yoluxdurmayıb", - deyə Birləşmiş Ştatların rəhbəri qeyd edib.

Tramp vurğulayıb ki, yeni virus Çindən yayılmağa başlayıb.

Martın 12-də Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan ehtimal edib ki, ölkə ərazisinə COVID-19-u ABŞ hərbçiləri gətiriblər. Diplomat Vaşinqtonu ABŞ-da əvvəllər də güman olunan koronavirusdan ölüm hallarının qeydə alındığını açıqlayan araşdırmaların şərhlərini aydınlaşdırmağa çağırıb.

Bundan başqa, İran siyasətçiləri də iddia edirlər ki, COVID-19 ABŞ-ın “uşağı”dır. Onların dediklərinə görə, koronavirus yeni bioloji silahdır.

ABŞ-ın dövlət katibi Mayk Pompeo buna cavabında rəsmi Tehranı yalan məlumat yaymaqda ittiham edib.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb. Ölkədə virusa 6 233 yoluxma halı qeydə alınıb, 17 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi