Tramp ABŞ-ın İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan edib

Tramp ABŞ-ın İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan edib Amerika lideri Tehranı sazişin şərtlərinə zidd olaraq uranı zənginləşdirməkdə ittiham edib
Digər ölkələr
8 May , 2018 22:23
Tramp ABŞ-ın İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan edib

Bakı. 8 may. REPORT.AZ/ Birləşmiş Ştatlar İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

Amerika lideri Tehranı sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib.

Onun sözlərinə görə, İran hətta razılaşmaya əməl etsə belə, ölkə qısa müddət ərzində nüvə silahı yarada bilər.

Tramp həmçinin bildirib ki, Tehran nüvə işləmələrini davam etdirəcəyi təqdirdə, əvvəllər rastlaşmadığı problemlə üzləşəcək. Amerika lideri qeyd edib ki, İran yeni nüvə razılaşması bağlamalı olacaq və ABŞ danışıqlara hazırdır.

Son xəbərlər

Orphus sistemi