ABŞ və Çin imzalayacaqları ticarət sazişinin 60%-ni əhatə edəcək sövdələşmənin I mərhələsini razılaşdırmaq üçün yer seçimi ilə məşğuldur.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.
“Çin ilə ABŞ ümumi sövdələşmənin 60 faizinə qədərini təşkil edəcək ticarət sazişinin birinci mərhələsini imzalamaq üçün Çilidəki APEC mətləbə dəxli olmayan məsələlər üzündən ləğv ediləndən sonra yeni yer seçməklə bağlı çalışırlar. Yeni yer tezliklə açıqlanacaq. Prezident Si Cinpinq və prezident Tramp imzalarını qoyacaqlar”, - D.Tramp qeyd edib.