Bakı. 20 dekabr. REPORT.AZ/ “Suriyadan çıxmağımız gözlənilməz deyil”.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.
“Suriyadan çıxmağımız gözlənilməz deyil. Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”, - Donald Tramp vurğulayıb.
“Rusiya, İran, Suriya və başqaları İŞİD-in regional düşmənləri sayılırlar. Evə qayıtmağın zamanı çatıb. Amerikanı yenidən böyük edəcəyik”, - ABŞ prezidenti əlavə edib.Qeyd edək ki, dekabrın 19-da o, ABŞ qoşunlarının Suriyadan çıxması haqqında qərarı imzalayıb. Ötən gündən ABŞ ağır texnikasını bu ölkədən çıxarır.