Tramp ABŞ-dakı koronavirus testlərinin sayını açıqladı

Tramp ABŞ-dakı koronavirus testlərinin sayını açıqladı ABŞ prezidenti Donald Tramp bildirib ki, koronavirus pandemiyasının başlanğıcı anından bu günə kimi, ölkədə COVID-19-la bağlı 55 milyondan çox test aparılıb.
Digər ölkələr
27 İyul , 2020 06:07
Tramp ABŞ-dakı koronavirus testlərinin sayını açıqladı

ABŞ prezidenti Donald Tramp bildirib ki, koronavirus pandemiyasının başlanğıcı anından bu günə kimi ölkədə COVID-19-la bağlı 55 milyondan çox test aparılıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədəki hesabında yazıb.

"Biz dünyanın istənilən ölkəsindən çox testlər keçiririk, 55 milyondan çox”, - deyə Tramp özünün “Twitter”dəki səhifəsində yazıb.

O, əlavə edib ki, CNN telekanalı testlərin miqdarının artımını tələb edir, amma "hətta yoxlamaların 100 dəfə də artımı telekanal üçün kifayət qədər olmayacaq".

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 4 371 839 yoluxma aşkarlanıb. ABŞ həm də pandemiya qurbanlarının sayına görə dünyada birinci yerdədir. Bu ölkədə 149 849 insan virusdan ölüb.

Son xəbərlər

Orphus sistemi