Tramp ABŞ-dakı COVID-19 testlərinin sayını açıqladı

Tramp ABŞ-dakı COVID-19 testlərinin sayını açıqladı ABŞ-da həkimlər COVID-19-la bağlı təxminən 6 milyon test keçiriblər.
Digər ölkələr
316
30 Aprel , 2020 04:55
Tramp ABŞ-dakı COVID-19 testlərinin sayını açıqladı

ABŞ-da həkimlər COVID-19-la bağlı təxminən 6 milyon test keçiriblər.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Biz koronavirusla bağlı təxminən 6 milyon test keçirdik. Bu istənilən başqa ölkədən çoxdur", - Ağ Evdə biznes nümayəndələri ilə görüşündə dövlət başçısı deyib.

Öz növbəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens də bildirib ki, hazırda ölkədə hər həftə koronavirusla bağlı milyon test keçirilir. Yaxın vaxtlarda bu göstərici həftədə 2 milyona çatdırılacaq.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötüb. Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 60 mindən çoxdur, virusa yoluxmuş 116 mindən çox insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi