Tramp ABŞ-da prezident seçkilərinin təxirə salınmasını istəmir

Tramp ABŞ-da prezident seçkilərinin təxirə salınmasını istəmir ABŞ prezidenti Donald Tramp bildirib ki, noyabrın 3-ə nəzərdə tutulmuş prezident seçkilərinin koronavirusa görə təxirə salınmasını istəmir.
Digər ölkələr
31 İyul , 2020 02:41
Tramp ABŞ-da prezident seçkilərinin təxirə salınmasını istəmir

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkədə noyabrın 3-ə nəzərdə tutulmuş prezident seçkilərinin koronavirusa görə təxirə salınmasını istəmir.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

ABŞ rəhbəri bununla belə, yenidən poçt ilə səsverməyə qarşı çıxıb.

"Mən yubanmanı (seçkilərin keçirilməsi ilə bağlı) istəmirəm. Mən istəyirəm ki, seçkilər olsun. Amma həmçinin üç ay gözləmək istəmirəm ki, sonra bütün bülletenlərin itdiyini və seçkilərin heç bir məna vermədiyini bilim", - Tramp mətbuat konfransında deyib.

O qeyd edib ki, seçkilərdə hamının şəxsiyyəti təsdiqləyən sənədlərin təqdimatı ilə səs versini istəyir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsini tələb edib. Onun sözlərinə görə, 2020-ci ildə poçt vasitəsi ilə səsvermə zamanı saxtakarlıq halları baş verə bilər: “Seçicilərin daha sakit və təhlükəsiz şəraitdə səsverməsi üçün seçkini təxirə salmaq olar?”.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkisi bu ilin noyabrın 3-də keçiriləcək. Hakim Respublikaçılar Partiyasının namizədi Donlad Tramp, müxalif Demokratlar Partiyasının namizədi isə sabiq vitse-prezident Cozef Baydendir.

Son xəbərlər

Orphus sistemi