Tramp: ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır

Tramp: ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır "Bu üzücüdür"
Digər ölkələr
17 Oktyabr , 2016 02:32
Tramp: ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır

Bakı. 17 oktyabr. REPORT.AZ/ Respublikaçılar partiyasından ABŞ-da prezident seçkilərinə namizəd Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır. “Report” xəbər verir ki, bu barədə milliarder-namizəd öz şəxsi Twitter.

“Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, - Trampın bəyanatında bildirilir.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, Amerika KİV-ləri prezident seçkiləri yaxınlaşdıqca onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atırlar.

Son xəbərlər

Orphus sistemi