​"Toyota" ölümə səbəb olan təhlükəsizlik yastıqlarına görə 1,5 milyondan çox maşını geri çağırır

​"Toyota" ölümə səbəb olan təhlükəsizlik yastıqlarına görə 1,5 milyondan çox maşını geri çağırır Dünya üzrə 10-dan çox insanın ölümü yastıqların qüsurlu olması ilə əlaqələndirilir
Digər ölkələr
24 May , 2016 06:58
​Toyota ölümə səbəb olan təhlükəsizlik yastıqlarına görə 1,5 milyondan çox maşını geri çağırır

Bakı. 24 may. REPORT.AZ/ Yaponiyanın "Toyota Motor" avtomobil konserni "Takata" şirkətinin potensial təhlükə mənbəyi olan qüsurlu təhlükəsizlik yastıqlarının dəyişdirilməsi üçün ABŞ-da 1,58 milyon maşını geri çağırır.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Kiodo" agentliyi yazıb.

Onun məlumatına görə, "Toyota Motor" 2006-2011-ci illər ərzində qüsur səbəbindən ABŞ-da "Toyota Yaris" və "Lexus IS" modelləri də daxil olmaqla ümumilikdə 4,7 mln. avtomobilini geri çağırıb.

İddia olunur ki, bəzi hallarda "Toyota" maşınlarında istifadə olunan "Takata" təhlükəsizlik yastıqlarının açılması sistemi sərnişinlərə metal detallar atıb. "Kiodo"nun məlumatına görə, dünya üzrə ondan çox insanın ölümü yastıqların qüsuru ilə əlaqələndirilir. 

Son xəbərlər

Orphus sistemi