Yuxarı

Tovuzda yolun buzlu olması səbəbindən 2 avtomobil toqquşub: 2 nəfər xəsarət alıb - FOTO

Pəri Mehdiyeva və onun 3 yaşlı övladı müxtəlif dərəcəli xəsarətlər alıblar

Bakı. 2 yanvar. REPORT.AZ/ Bakı-Qazax yonunun Dönükqırıqlı kənd ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolun buzlu və sürüşkən olması səbəbindən Asim Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Məhəmməd Mehdiyevin sürücüsü olduğu "VAZ 2107" markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil yoldan çıxıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan Qazax rayon sakinləri 48 yaşlı Pəri Mehdiyeva və onun 3 yaşlı övladı Nihat Mehdiyev müxtəlif dərəcəli xəsarətlər alaraq Qazax Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılara ilkin yardım göstərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi