“Total” şirkəti köhnə korrupsiya əməliyyatıda təqsirli bilinib

“Total” şirkəti köhnə korrupsiya əməliyyatıda təqsirli bilinib Bakı. 21 dekabr. REPORT.AZ/ Paris məhkəməsi İrandakı korrupsiya ilə bağlı istintaq çərçivəsində “Total” şirkətini 500 min avro məbləğində cərimə edib.
Digər ölkələr
21 Dekabr , 2018 21:58
“Total” şirkəti köhnə korrupsiya əməliyyatıda təqsirli bilinib

Bakı. 21 dekabr. REPORT.AZ/ Paris məhkəməsi İrandakı korrupsiya ilə bağlı istintaq çərçivəsində “Total” şirkətini 500 min avro məbləğində cərimə edib.

“Report” “France Presse”yə istinadən xəbər verir ki, məhkəmədə “Total” şirkəti 1997-ci ildə qaz tədarükü barədə müqavilə imzalanarkən bir məmura rüşvət verməkdə təqsirli bilnib.

2000-2004-cü illərdə isə şirkətin vasitəçilərin köməyilə cəmi 30 milyon dollar məbləğində rüşvət verdiyi üzə çıxıb.

Məhkəmədə prokurorluq tərəfindən ən yüksək həddə 750 min avroluq cərimə tətbiq etmək, üstəlik şirkətin hesabından dövlətin nəfinə 250 milyon avro köçürmək tələbi irəli sürülüb. İttiham tərəfinin fikrincə, həmin məbləğ rüşvət hesabına əldə edilə bilən mənfəətə uyğundur.

2013-cü ildə elə həmin məsələyə dair ABŞ-da keçirilən məhkəmə prosesi zamanı “Total” dövlətə 398 milyon dollar ödəməyi qəbul etmişdi.

Son xəbərlər

Orphus sistemi