"Total"ın rəhbəri: ABŞ-ın Yaxın Şərq siyasəti neft qiymətlərini qaldırır

"Total"ın rəhbəri: ABŞ-ın Yaxın Şərq siyasəti neft qiymətlərini qaldırır Rəsmi Vaşinqtonun Yaxın Şərqdə yürütdüyü siyasət bir çox ölkələr üçün əlverişli olmayan neft və neft məhsullarının qiymətində artıma gətirib çıxarır.
Digər ölkələr
27 Oktyabr , 2019 15:20
Totalın rəhbəri: ABŞ-ın Yaxın Şərq siyasəti neft qiymətlərini qaldırır

Rəsmi Vaşinqtonun Yaxın Şərqdə yürütdüyü siyasət bir çox ölkələr üçün əlverişli olmayan neft və neft məhsullarının qiymətində artıma gətirib çıxarır.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu fikirlər “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyanenin "Le Journal du Dimanche" qəzetində dərc etdiyi məqaləsində deyilir.

""Qara qızıl"ın mənbəyi olan Yaxın Şərqin neft istehsal edən ölkələrinə təzyiqin edilməsi bazarlarda vəziyyətin kəskinləşməsinə səbəb olur. ABŞ rəhbərliyi İranın neft ixracına mane olmaq üçün maksimum təzyiq göstərməklə bu bölgədəki geosiyasi münaqişələrin yenidən başlatdı. ABŞ İranı bu şəkildə boğmağa çalışaraq  güclü gərginlik yaradıb".

Onun fikrincə, bütün bunlar Hörmüz Boğazında tankerlərin hücumlarına səbəb olub:

"Daha sonra bu, Səudiyyə Ərəbistanının neft emalı zavodlarına misli görünməmiş irimiqyaslı hücumla nəticələndi. Bu, İkinci Dünya Müharibəsindən sonra ən böyük hücum idi".

Eyni zamanda, o, "Hazırda artım templəri yavaşlayan dünya iqtisadiyyatı çox yüksək neft qiymətlərinin mövcudluğuna imkan verməməlidir. Düşünmürəm ki, OPEK bu cür qiymətləri müəyyənləşdirməyə çalışır və inanıram ki, onlar bir barel neftin qiymətinin 60-70 dollar aralığında olmasına razı olacaqlar" - deyə bildirib. 

Son xəbərlər

Orphus sistemi