Bakı. 24 aprel. REPORT.AZ/ Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə yerli mətbuata istinadən "BNL News" nəşri məlumat yayıb.
Faktı polis də təsdiq edib. Həmçinin 16 nəfərin xəsarət aldığı bildirilir.
***23:50
Bakı. 23 aprel. REPORT.AZ/ Torontoda sürücünün mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində 5 nəfər ölüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kanadanın "Newstalk 1010" radiostansiyası məlumat yayıb.
Həmçinin hadisəni törədən sürücünün saxlanıldığı bildirilir.
Torontoda 21-23 aprel tarixlərində G7-nin nazirlər görüşü keçirilir.
***22:10
Bakı. 23 aprel. REPORT.AZ/ Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu bir qrup piyadanın üzərinə sürməsi nəticəsində 10-a yaxın insan xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinə istinadən CTV telekanalı məlumat yayıb.
Hadisə meqapolisin mərkəzi hissəsində hərəkətin sıx olduğu kəsişmələrdən birində baş verib. İlkin məlumata görə, 8-10 nəfər xəsarət alıb. Ərazidə çoxlu sayda "təcili yardım", yanğınsöndürən və polis maşınları var.
Hadisənin baş verdiyi yerə yaxın yerləşən Toronto metrosunda qatarların hərəkəti dayandırılıb.



