Torontoda atışma baş verib, ölən və yaralı var

Torontoda atışma baş verib, ölən və yaralı var Kanadanın Toronto şəhərinin mərkəzində baş verən atışmada bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. “Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat verib.
Digər ölkələr
3 Yanvar , 2020 05:16
Torontoda atışma baş verib, ölən və yaralı var

Kanadanın Toronto şəhərinin mərkəzində baş verən atışmada bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. “Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat verib.

Hadisə axşam saatlarında baş verib. Belə ki, naməlum şəxs və ya şəxslər park edilmiş avtomobilin sürücüsünə və sərnişinə bir neçə dəfə odlu silahdan atəş açıb.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Digərinin vəziyyəti isə hələ də ağırdır.

Silahlı insidentlə bağlı hələ ki, heç kim saxlanılmayıb. 

Son xəbərlər

Orphus sistemi