Sudanda keçirilən etiraz aksiyalarında toqquşmalar olub, ölənlər və yaralananlar var

Sudanda keçirilən etiraz aksiyalarında toqquşmalar olub, ölənlər və yaralananlar var Bakı. 10 yanvar. REPORT.AZ/ Sudanda keçirilən etiraz aksiyalarında növbəti toqquşmalar olub.
Digər ölkələr
10 Yanvar , 2019 04:19
Sudanda keçirilən etiraz aksiyalarında toqquşmalar olub, ölənlər və yaralananlar var

Bakı. 10 yanvar. REPORT.AZ/ Sudanda keçirilən etiraz aksiyalarında növbəti toqquşmalar olub.

"Report" xəbər verir ki, bu barədə ərəbdilli "Al Hadath" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, toqquşmalar zamanı 2 nəfər həlak olub, daha 6 nəfər xəsarət alıb.

Sudanda etiraz aksiyaları bir neçə həftə əvvəl başlayıb. Buna səbəb yanacağın, çörəyin, unun qiymətinin bahalaşması və yüksək inflyasiyadır.

İlk olaraq Qedaref və Atbar şəhərlərinin sakinləri bahalaşma əleyhinə küçələrə çıxıblar. Həmin şəhərlərdə fövqəladə vəziyyət elan edilib. 

Daha əvvəl bildirilirdi ki, Sudanda ölkənin iqtisadi vəziyyətinin pisləşməsi əleyhinə keçirilən etiraz aksiyalarında 22 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi