Yunanıstana məxsus tankerin heyətinin 4 üzvü girov götürülüb

Yunanıstana məxsus tankerin heyətinin 4 üzvü girov götürülüb Atlantik okeanının Toqo sahilləri yaxınlığında Yunanıstana məxsus “Elka Aristotel” tankerinin heyətinin 4 üzvü naməlum yaraqlılar tərəfindən girov götürülüb.
Digər ölkələr
4 noyabr 2019 17:06
Yunanıstana məxsus tankerin heyətinin 4 üzvü girov götürülüb

Atlantik okeanının Toqo sahilləri yaxınlığında Yunanıstana məxsus “Elka Aristotel” tankerinin heyətinin 4 üzvü naməlum yaraqlılar tərəfindən girov götürülüb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, gəminin mühafizəçiləri ilə piratlar arasında atışma olub, mühafizəçilərdən biri güllə yarası alıb.

Girov götürülənlərdən 2-si Filippin, 1-i Yunanıstan, 1-i isə Gürcüstan vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi